Ana Sayfa > Karusel / Sosial > “Fitrə adı altında dilənçilik edirlər” - Xalq artistindən Şeyxin fətvasına etiraz

“Fitrə adı altında dilənçilik edirlər” - Xalq artistindən Şeyxin fətvasına etiraz


19-04-2023, 17:53. Yazar: Admin

“Fitrə adı altında dilənçilik edirlər” - Xalq artistindən Şeyxin fətvasına etiraz

 

Bu il Azərbaycanda yaşayan müsəlmanlara adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Bu barədə Qazılar Şurasının Fətvasında bildirilib. 

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür fətvaların verilməsinin əleyhinə olduğunu bildirib: 

“Bayram günü fitrə adı altında dilənçilik edirlər. Əvvəla, biz hamımız Hz.Məhəmmədin ümmətiyik və bir İslam var. Bu gün hərə özündən bir təriqət çıxarıb, biri deyir vəhabiyəm, biri deyir sünniyəm, şiəyəm, şəfaiyəm və s. Bunlar hamısı cəfəngiyyatdır! Bunu mən deyirəm, kim də mənə qarşı çıxırsa, qələt edir və başını daşa döyür. Belə şəxslər təxribat edir, parçalanmaya rəvac verir, İslama, müsəlmanlara xəyanət edir. Allah var, peyğəmbər var və müqəddəs kitab Quran var. Bunlardan kənar olan hər şey cəfəngiyyatdır. Yüz illərdir Qurana o qədər gic-gic şeylər əlavə ediblər ki, hərə bir şey deyir. Biz İslam ölkəsi deyilik və İslam qanunları ilə idarə olunmuruq, müstəqil dövlətik. Ölkəmizin konstitusiyası var. Hər bir vətəndaş məhz konstitusiya qanunları ilə idarə olunur. Zəkat, fitrə, dilənçi payı nədir?! Pulun varsa, savab üçün et, kasıblara dəstək ol. Edirsən et, etmirsən cəhənnəmə et”. 

Sənətçinin sözlərinə görə dini dövlətçiliyə qatmaq yolverilməzdir: 

“Fitrə pulunu rəsmi fətva verib ortalığa atmaq, İslamı gətirib dövlətçiliyin yanına qoşmaq düzgün deyil. Dini qanunlarımıza şərik qoşmaq yolverilməzdir! 

Bu gün dövlət ola-ola kimlərsə özündən fətvalar verirsə, bu artıq anarxiyadır! Deməli, mərkəzi idarəçilik sistemi pozulub. Bunun da nəticəsi olaraq sadə vətəndaşlar əziyyət çəkir. Millətin günahı nədir?” 


Geri dön