Ana Sayfa > Karusel / Gündəm > Pandemiyadan zərər çəkən fərdi sahibkarlara 50,3 mln. manatdan çox vəsait ödənilib

Pandemiyadan zərər çəkən fərdi sahibkarlara 50,3 mln. manatdan çox vəsait ödənilib


19-08-2020, 15:45. Yazar: Admin

Nazirlər Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində pandemiyadan zərər çəkən sahibkarlara 50 379,8 min manat vəsait ödənilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə avqustun 18-nə olan məlumata görə, 2-ci mərhələ çərçivəsində 228 175 muzdlu işçini əhatə edən 22 603 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib.

Qeyd edək ki, birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi alan vergi ödəyiciləri üzrə həyata keçirilir.


Geri dön