Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib


18-04-2023, 14:03. Yazar: Admin

Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.


Geri dön