Ana Sayfa > Karusel / Gündəm > Çinin koronavirus peyvəndi il sonuna hazır olacaq
Çinin koronavirus peyvəndi il sonuna hazır olacaq18-08-2020, 13:42. Yazar: Admin |
Çində əczaçılıq şirkəti tərəfindən istehsal edilən yeni növ koronavirus (COVID-19) peyvəndinin ilin sonuna qədər bazara çıxarılacağı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə peyvəndin istehsalçısı “SinoPharm” şirkətinin direktoru Lyu Tzinçjen “Guangming” qəzetinə açıqlama verib. O, ilin sonunda buraxılacaq COVID-19 peyvəndinin qiymətinin 140 dollardan aşağı olacağını və 28 gün fasilə ilə iki dozada tətbiq olunacağını qeyd edib. Peyvəndin əsasən böyük şəhərlərdə yaşayan işçilərə və tələbələrə vurulmasının vacibliyini bildirən Tzinçjen sıx məskunlaşmamış kənd yerləri üçün belə bir tələbin olmadığını söyləyib: “1,4 milyard əhalinin hamısı peyvənd almağa məcbur deyil”. Geri dön |