Ana Sayfa > Karusel / Region > Döyüşdən qaçan erməni polkovnik HƏBS EDİLDİ
Döyüşdən qaçan erməni polkovnik HƏBS EDİLDİ18-04-2023, 11:35. Yazar: Admin |
44 günlük Qarabağ müharibəsində özünü xəstə kimi qələmə verən erməni polkovnik həbs edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ermənistan ordusunun polkovniki 10 oktyabr- 3 noyabrda xəstə olduğunu göstərən sənədi təqdim edərək, hərbi vəzifələrini icra etməkdən yayınıb. Adı açıqlanmayan zabit 23 gün tibb müəssisəsində müalicə alıb. Lakin araşdırma zamanı onun xəstə olmadığı üzə çıxıb.
Faktla bağlı cinayət işi açılıb. Döyüşdən qaçan erməni zabit barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.(Modern.az) Geri dön |