Ana Sayfa > Karusel / Siyasət > “Prezident ən məhdud, qapalı görüşlərdə də...” – Usubov danışdı 

“Prezident ən məhdud, qapalı görüşlərdə də...” – Usubov danışdı 


18-04-2023, 11:07. Yazar: Admin

“Prezident ən məhdud, qapalı görüşlərdə də...” – Usubov danışdı  “Azərbaycanın qəti qələbəsinə ən çox inanan, buna əmin olan insan məhz möhtərəm Prezidentimizin özü idi”.

Bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

“Hərbi təhlükəsizlik strategiyasında belə bir tarixi deyim var: "Qələbə öncə komandanın beynində qazanılır". Vətən müharibəsində əldə olunan Zəfər də İlham Əliyevin Prezident fəaliyyətinə başlamasının ilk anlarından yürütdüyü düşünülmüş, müdrik, ardıcıl kursun məntiqi nəticəsi oldu. Ölkə rəhbəri ilk gündən ədalətli savaşa hazırlaşırdı və Qələbəyə tam əmin idi. Bu taleyüklü vəzifənin vaxtında, qəti və az itkilərlə icrası yolları üzərində inamla çalışırdı və Zəfərə hesablanan qərarlar qəbul edirdi.

Ölkə rəhbəri 2003-cü ilin oktyabrından etibarən, istisnasız olaraq, hər bir iclasda bu mövzuya toxunurdu. Cənab Prezidentin qələbə ovqatı, mübarizliyi yalnız ictimaiyyətlə ünsiyyətində, çıxışlarında özünü büruzə vermirdi, ən məhdud, qapalı görüşlərində belə biz Ali Baş Komandanın ədalət savaşına ciddi hazırlaşdığına və mütləq zəfər qazanağacına birmənalı əminliyinə şahid olurduq. Azərbaycanın qəti qələbəsinə ən çox inanan, buna əmin olan insan məhz möhtərəm Prezidentimizin özü idi”, - R.Usubov vurğulayıb.


Geri dön