Ana Sayfa > Karusel / Siyasət > Partiyalar buna görə CHP siyahısından seçkiyə gedir - Erbakan
Partiyalar buna görə CHP siyahısından seçkiyə gedir - Erbakan17-04-2023, 10:06. Yazar: Admin |
Türkiyədə "Cümhur İttifaqı"na daxil olan Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan "Millət İttifaqı"ndakı kiçik partiyaları tənqid edib.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, partiyaların ümumilikdə 1 faiz səsi olduğunu iddia edib.
"Gələcək, Səadət, Demokrat və DEVA Partiyaları niyə CHP-nin proporsional siyahısından seçkilərə girdi? Səs faizlərini gizlətmək üçün. Hamısını toplasan, 1 faiz səs edir", - deyə o bildirib.
Qeyd edək ki, "Millət İttifaqı"na daxil olan 6 partiyadan 5-i birlikdə - CHP-nin siyahısı ilə parlament seçkilərinə qatılır. İYİ Partiya isə ayrıca proporsional siyahı ilə seçkilərdə iştirak edəcək(Modern.az) Geri dön |