Ana Sayfa > Karusel / Siyasət > Rafael Qrossi: Türkiyənin səsi regional sabitlik və inkişaf üçün əvəzedilməzdir

Rafael Qrossi: Türkiyənin səsi regional sabitlik və inkişaf üçün əvəzedilməzdir


14-04-2023, 17:41. Yazar: Admin

Rafael Qrossi: Türkiyənin səsi regional sabitlik və inkişaf üçün əvəzedilməzdir

Avstriyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABEA-nın Baş direktoru "Twitter"də bildirib.

“Türkiyənin səsi regional sabitlik və inkişaf üçün əvəzedilməzdir. Türkiyə xarici işlər naziri ilə Zaporojye AES-in mühafizəsinin əhəmiyyəti, nüvə silahlarının yayılmaması məsələləri və davamlı enerji təminatı üçün “Akkuyu” AES-in inkişafı haqqında əla fikir mübadiləmiz oldu”, - Qrossi qeyd edib.


Geri dön