Ana Sayfa > Karusel / Dünya > Blinkendən Gerşkoviçə dəstək: Jurnalistika cinayət deyil!

Blinkendən Gerşkoviçə dəstək: Jurnalistika cinayət deyil!


14-04-2023, 17:40. Yazar: Admin

Blinkendən Gerşkoviçə dəstək: Jurnalistika cinayət deyil!ABŞ dövlət katibi Antoni Blinken Evan Gerşkoviçin Rusiya tərəfindən haqsız olaraq həbs edildiyini bəyan edib.

Qarabaginfo.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda deyilir: 

"Jurnalistika cinayət deyil. Biz Kremlin Rusiyada müstəqil səslərə qarşı davamlı repressiyasını və onun həqiqətə qarşı davam edən müharibəsini pisləyirik. ABŞ hökuməti lazımi dəstəyi verəcək. Biz Rusiya Federasiyasını Gerşkoviçi dərhal azad etməyə çağırırıq. Biz həmçinin Rusiyanı haqsız yerə həbs edilmiş ABŞ vətəndaşı Pol Velanı azad etməyə çağırırıq", - deyə o qeyd edib. 

Xatırladaq ki, Gerşkoviç "The Wall Street" nəşrinin Rusiya üzrə müxbiridir.(Modern.az)


Geri dön