İran İslam Respublikasının Ali dini lideri Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla İran arasında müharibə ehtimalını istisna edib.
Qarabaginfo.az xəbər verir ki, o, bu barədə IRNA agentliyi tərəfindən dərc olunan "Mən də Azərbaycanlıyam" adlı məqaləsində yazıb.
Vilayəti xüsusilə, İslam İnqilabından sonra İran İslam Respublikasının 15 qonşu ölkədən heç birinə hücum etmədiyini və müharibələri öhdəsinə götürmədiyini və başlamayacağını bəyan edib.(Toplum TV)