Ana Sayfa > Karusel / Dünya > Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 500-ə çatdı

Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 500-ə çatdı


14-04-2023, 13:01. Yazar: Admin

 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 500-ə çatdı

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

 

Qarabaqinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.


Geri dön