Ana Sayfa > Karusel / Dünya > Finlandiyanın NATO üzvü kimi ilk təlimi

Finlandiyanın NATO üzvü kimi ilk təlimi


14-04-2023, 12:49. Yazar: Admin

 

Finlandiyanın NATO üzvü kimi ilk təlimi

Finlandiya Hərbi Dəniz Qüvvələri Almaniya və Portuqaliya gəmilərinin simvolik olaraq Helsinki limanına yanaşaraq alyans üzvü kimi ilk NATO təlimini başa vurduğunu elan edib.

 

Qarabaqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl gəmilər Finlandiya Sahil Donanması tərəfindən Fin körfəzində təşkil olunan təlimdə iştirak ediblər.

 

Beləliklə, Finlandiya alyans üzvü kimi ilk NATO təlimini başa vurub.

 

Qeyd edək ki, aprelin 4-də Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq etdikdən sonra Finlandiya NATO-nun 31-ci üzvü kimi alyansa qoşulub.


Geri dön