Ana Sayfa > Karusel / Cəmiyyət > İsti su sayğaclarının quraşdırılmasına başlanıldı

İsti su sayğaclarının quraşdırılmasına başlanıldı


14-04-2023, 11:57. Yazar: Admin

 

İsti su sayğaclarının quraşdırılmasına başlanıldı

Azərbaycanda istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlanılıb.

 

Qarabaqinfo.az-a xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev məlumat verib.

 

O bildirib ki, ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılıb və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılır.

 

İlham Mirzəyev sayğaclarının quraşdırılmasının istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə edildiyini deyib. modern.az


Geri dön