Ana Sayfa > Karusel / İdman > Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - SİYAHI
Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - SİYAHI14-04-2023, 10:52. Yazar: Admin |
Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb.
Federasiyadan Qarabaqinfo.az-a verilən məlumata görə, ilin ən mötəbər yarışı olan mundiala Qətər ev sahibliyi edəcək.
7-14 may tarixlərində Dohada keçiriləcək çempionatda Azərbaycan cüdo üzrə milli yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.
Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.
Dünya çempionatında fərdi yarışlar 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”-da keçiriləcək. Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasını heyətini təqdim edirik:
Qadınlar 48 kq. Leyla Əliyeva Könül Əliyeva 52 kq. Gültac Məmmədəliyeva Aydan Əliyeva
Kişilər 60 kq. Balabəy Ağayev Turan Bayramov 66 kq. Orxan Səfərov 73 kq. Hidayət Heydərov 81 kq. Səid Mollayi 90 kq. Məmmədəli Mehdiyev Murad Fətiyev 100 kq. Zelim Kotsoyev +100 kq. Uşanqi Kokauri Geri dön |