Ana Sayfa > Karusel / Siyasət > İcra başçısının oğlu FHN-dən uzaqlaşdırıldı - FOTO

İcra başçısının oğlu FHN-dən uzaqlaşdırıldı - FOTO


13-04-2023, 17:16. Yazar: Admin

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Fövqəladə Hallar Nazirliyində vəzifədə çalışan iki oğlundan biri vəzifəsindən azad olunub.

Qarabaginfo.az qaynarinfo-ya istinadən xəbər verir ki, uzun müddətdir işə çıxmayan Samir Qaraşov FHN-in Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Nəzarət-Təftiş İdarəsinin rəisi, polkovnik Qəşəm Məmmədovun əmri ilə icra başçısının digər oğlu - Seymur Qaraşovun rəis müavini olduğu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yoxlamalar aparılır.

Yaxın vaxtlarda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət general-mayoru Rüfət Fərhadovun vəzifəsindən azad olunacağı gözlənilir.

Ehtimal edilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov general-mayorun yerinə polkovnik Seymur Qaraşovu təyin edəcək.


Geri dön