Ana Sayfa > Karusel / Dünya > Peskov Putinin məqsədini açıqladı

Peskov Putinin məqsədini açıqladı


13-04-2023, 15:07. Yazar: Admin

 

Peskov Putinin məqsədini açıqladı

"Cəmiyyət Vladimir Putinin ətrafında birlik və konsolidasiya nümayiş etdirir, rusların əhval-ruhiyyəsində əsas olan budur".

 

Qarabaqinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"NATO-nun Ukraynadakı münaqişədə iştirak dərəcəsi artıb, lakin bu, Rusiya üçün əməliyyatın müsbət nəticəsinə təsir etməyəcək. Vladimir Putin özünün əsas məqsədini vətəndaşların həyatını yaxşılaşdırmaqda görür, bu onun əsas ideyasıdır. Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq. Qerşkoviçin həbsi prezidentin yox, xüsusi xidmət orqanlarının səlahiyyətindədir. Kreml Aleksey Navalnı ətrafında vəziyyətə nəzarət etmir. Hazırda Putinin qrafiki üzrə Çin lideri ilə yeni telefon əlaqəsi yoxdur", - deyə o bildirib.


Geri dön