Ana Sayfa > Karusel / Qarabağ > Xocavənddə silah-sursat aşkarlandı

Xocavənddə silah-sursat aşkarlandı


13-04-2023, 14:39. Yazar: Admin

 

Xocavənddə silah-sursat aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaqinfo.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 avtomat, 10 əl qumbarası və 5 mərmi götürülərək aidiyyəti üzrə təhvil verilib. modern.az


Geri dön