Ana Sayfa > Karusel / Hadisə > 37 yaşlı arvadını öldürən ər TUTULDU

37 yaşlı arvadını öldürən ər TUTULDU


13-04-2023, 14:30. Yazar: Admin

 

37 yaşlı arvadını öldürən ər TUTULDU

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Qarabaqinfo.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  

 

İlkin araşdırma zamanı  1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir. modern.az


Geri dön