Ana Sayfa > Karusel / Cəmiyyət > Dedi-qodular adama vəzifədə yüksəlməyə kömək edir –ABŞ alimlərinin araşdırması

Dedi-qodular adama vəzifədə yüksəlməyə kömək edir –ABŞ alimlərinin araşdırması


13-04-2023, 13:55. Yazar: Admin

Ən çox tənqid edilən davranışlardan sayılan dedi-qodunun, sən demə, insanın həyatına və cəmiyyətdəki mövqeyinə özünəməxsus təsiri varmış.

Qarabaginfo.az xəbər verir ki, Vaşinqton Universitetinin alimləri üzə çıxarıblar ki, əksər hallarda dedi-qodu həm şəxsiyyətlərarası, həm işgüzar münasibətlərin əsasını təşkil edir. Eyni zamanda insanın ətrafdakılarla ünsiyyətində əhəmiyyətli rol oynayır.

“Qeyri-rəsmi” sayılan bu məlumatlara az etibar edilsə də, onlar eyni zamanda vacib informasiya mənbəyi hesab olunurmuş. Tədqiqatı aparan amerikalı alimlər bunun yalnız Qərb mədəniyyətinə, yoxsa bütün dünya ölkələrinə xas olduğunu öyrənməyə çalışıblar. Bu məqsədlə tədqiqata ABŞ və Hindistanda işləyən 120 nəfəri, həmçinin Mərkəzi Afrika Respublikasında çalışan 160 bağbanı cəlb ediblər. Tədqiqatın yekununda hər üç qrup üzrə oxşar nəticələr əldə olunub.

İnsanlardan onun haqqında hansı dedi-qoduların yayılmasından asılı olaraq, müəyyən bir insanı vacib resursla təmin etmək (vəzifə yüksəlişi və ya ailə mirası) istəyi ilə bağlı suala cavab vermələri istənilib. Məsələn, bir mücərrəd şəxsin bir işi başa çatdırmaq üçün gec saatlara qədər işləməyə hazır olduğu bildirilib. Və ya bacı-qardaşları ilə yaxşı yola getdiyi deyilib. Məlum olub ki, dedi-qodu yayılan söhbətin mövzusu ilə bağlı resurs təqdim etmək istəyinə təsir edib.

Çox çalışmaq istəyi ilə bağlı dedi-qodular yüksəlməyə, ailə haqqında məlumat isə münasibətləri qorumaq istəyinə təsir edib. Təsirin dərəcəsi hər üç ölkədən olan iştirakçılar üçün eyni olub.

Beləliklə müəyyən edilib ki, karyera yüksəlişi və başqaları ilə münasibətlər insanın hansı ölkədə yaşamasından asılı olmayaraq, dedi-qodudan əhəmiyyətli dərəcədə asılıdır.


Geri dön