Ana Sayfa > Karusel / Siyasət / Cəmiyyət > Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi - FOTO

Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi - FOTO


13-04-2023, 10:13. Yazar: Admin

Müstəqil Azərbaycanın ilk şəxsiyyət vəsiqəsi - FOTO

 

Tarixçi Ədalət Tahirzadə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyədə hazırlanan şəxsiyyət vəsiqəsi nümunəsinin fotosunu paylaşıb.

 

Modern.az xəbər verir ki, o, bu sənədin Azərbaycanın müstəqillik əldə etməsindən sonra hazırlanan ilk şəxsiyyət vəsiqəsi nümunəsi ola biləcəyini qeyd edib.

 

Ədalət Tahirzadə bildirib ki, Əbülfəz Elçibəy sovet gerbi olan pasportla xaricə getmək istəmirdi, ona görə yeni vəsiqə hazırlanmışdı.

 

 

Sabiq baş nazir Pənah Hüseyn isə özünün sosial media hesabında yazıb ki, prezident seçiləndən sonra Elçibəy milli şəxsiyyət vəsiqələrinin hazırlanması barədə tapşırıq vermişdi və iş başlanmışdı. O, bu tapşırıq əsasında hazırlanan şəxsiyyət vəsiqəsi nümunəsini də paylaşıb.

 

 

 

Geri dön