Ana Sayfa > Karusel / Siyasət > "İnsidentlər Fransa casus və kəşfiyyat şəbəkəsi peyda olandan sonra baş verdi" - Tural İsmayılov
"İnsidentlər Fransa casus və kəşfiyyat şəbəkəsi peyda olandan sonra baş verdi" - Tural İsmayılov12-04-2023, 15:26. Yazar: Admin |
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov Ermənistanın dünən törətdiyi insidentlə bağlı mövqeyini Adalet.az-la bölüşüb. "Ermənistan uzun müddətdir Azərbaycana qarşı sistematik şəkildə müharibə təhdidləri həyata keçirirdi. Bütün təhlillər də göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşdırılır və qızışdırılır. Bu insidentlər nə vaxt baş verdi? Ermənistan ərazilərində Avropa İttifaqının müşahidə missiyası adı altında Fransa casus və kəşfiyyat şəbəkəsi peyda olandan həmən sonra bu hadisələr baş verdi. Eyni zamanda son dövrlərdə İranın Ermənistana təhlükəsizlik və hərbi baxımdan dəstək olacağı ilə bağlı saxta müttəfiqlik mesajları fonunda da Ermənistan tərəfindən Azərbaycana qarşı cəbhədə vəziyyətin son dövrlər gərginləşdiyini müşahidə edirdik. Nəticədə də dünən təxribatlar baş verdi. Hesab edirəm ki, artıq sülhdən başqa heç bir yolunun qalmadığını Ermənistan yaxşı başa düşür və əslində Paşinyanın bu yaxınlarda etiraf etdiyi bir məsələ var idi ki, Azərbaycanla sülh Azərbaycandan çox Ermənistana lazımdır. Amma hadisələr bu fonda davam edir ki, xarici güc faktorları Ermənistanın Azərbaycanla sülhə gələcəyi təqdirdə Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək meyarlarının yoxa çıxacağı yaxşı bilirlər və ona görə də regionda gərginliyin qalmağında Ermənistanı qızışdırmağa davam edirlər. Nəticədə də Ermənistandan Azərbaycan-Türkiyə və türk birliyi faktoruna qarşı istifadə etməyə çalışırlar. Azərbaycan hər bir şəhidinin qisasını alacaq. Ermənistan sülhhlə bağlı yekun müqaviləni imzalamasa Azərbaycan tərəfindən çox ağır şəkildə cəzalandırılacaq". Geri dön |