Ana Sayfa > Karusel / Qarabağ > Sərhəddəki təxribatla bağlı cinayət işi AÇILDI

Sərhəddəki təxribatla bağlı cinayət işi AÇILDI


12-04-2023, 12:07. Yazar: Admin

Sərhəddəki təxribatla bağlı cinayət işi AÇILDI

 

Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Bu barədə Qarabaginfo.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

"Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!", - məlumatda qeyd edilib.


Geri dön