Ana Sayfa > Karusel / Region > Rusiyada hərbi çağırış vərəqəsi almış şəxslərin ölkədən çıxışı qadağan edilir

Rusiyada hərbi çağırış vərəqəsi almış şəxslərin ölkədən çıxışı qadağan edilir


11-04-2023, 15:26. Yazar: Admin

 

Rusiyada hərbi çağırış vərəqəsi almış şəxslərin ölkədən çıxışı qadağan edilir

Rusiyada hərbi çağırışa məruz qalan və çağırış vərəqəsi almış vətəndaşların ölkədən çıxışı qadağan edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestrinin yaradılmasını nəzərdə tutan qanun layihəsində qeyd olunub.

Sənəddə bildirilib ki, hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq çağırış vərəqəsi verilmiş hesab edildiyi gündən Rusiya Federasiyasını tərk etməsi qadağandır.

Qeyd olunan məhdudiyyət çağırışla bağlı öhdəliyi yerinə yetirmək üçün hərbi komissarlığa gələnə qədər qüvvədədir.


Geri dön