Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə sahəsində saziş imzalanıb - FOTO
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə sahəsində saziş imzalanıb - FOTO

Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə sahəsində saziş imzalanıb - FOTO


11-04-2023, 15:21. Yazar: Admin

Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə sahəsində saziş imzalanıb - FOTO

“Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

Qeyd edək ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Nazir Kəmaləddin Heydərov Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 


Geri dön