Ana Sayfa > Karusel / İdman > Avropa Oyunlarında ölkəmizi onlar təmsil edəcək
Avropa Oyunlarında ölkəmizi onlar təmsil edəcək11-04-2023, 13:48. Yazar: Admin |
Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.
Qarabaqinfo.az xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.
Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcək.
Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq. Geri dön |