Ana Sayfa > Karusel / Region > Rəsmi Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu bir daha bəyan etdi
Rəsmi Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu bir daha bəyan etdi11-04-2023, 12:43. Yazar: Admin |
“Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür” – bu cümləni İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib. Bu, Tehranın Zəngəzur dəhlizinin əleyhinə olduğunu təsdiq edən cümlədir və bunu İkinci Qarabağ müharibəsindən sonra dönə-dönə təkrarlayırlar. Şamxaninin cümləsində “regional düşmənlər” deyilən ölkələrə - İsrail və ABŞ-a da mesaj var. Görəsən Şamxani Avropa İttifaqını da “regional düşmənlər” siyahısına aid edirmi? Əgər aid edirsə, Şamxani İrəvanın Avropa İttifaqının müşahidə missiyasını İranla sərhədə yaxın Qərbə Zəngəzurda iki illiyinə yerləşdirilməsiylə bağlı qərarından narahatlığını erməni həmkarının diqqətinə çatdırmalıydı. Əli Şamxani ötən ilin iyulun 15-də Bakıda prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə dövlət başçımızı təbrik etmişdi. Belə çıxır ki, Şamxani və onun İrandakı həmfikirləri Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edir, ancaq Azərbaycanın Ermənistanla təmas xəttində möhkəmlənməsini, strateji yüksəkliklərə nəzarət etməsini və Qərbi Zəngəzur dəhlizinin açılmasıyla gələcəkdə azərbaycanlıların tarixi torpaqlarına qayıtmasını istəmir. Bu Tehranın siyasətindəki yeganə təzad deyil. Bütün hallarda dialoq yoluyla hazırki gərginlikdən çıxış yolları tapılmalıdır. Elxan Şahinoğlu visiontv.a Geri dön |