Ana Sayfa > Karusel / Siyasət > Qənirə Paşayeva deputatları əməkhaqlarının bir hissəsini YAŞAT Fonduna köçürməyə çağırıb

Qənirə Paşayeva deputatları əməkhaqlarının bir hissəsini YAŞAT Fonduna köçürməyə çağırıb


11-04-2023, 11:33. Yazar: Admin

Qənirə Paşayeva deputatları əməkhaqlarının bir hissəsini YAŞAT Fonduna köçürməyə çağırıb

“YAŞAT Fondunda vəsait çatışmır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva deputat həmkarlarını YAŞAT Fonduna vəsait köçürməyə çağırıb: “Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fondu dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini YAŞAT Fonduna bağışlayaraq nümunə göstərəcək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə YAŞAT Fonduna davamlı dəstək verildiyini bildirib: “Belə problem yaranıbsa, YAŞAT Fondu ilə əlaqə saxlayarıq”.


Geri dön