Ana Sayfa > Karusel / Gündəm > Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib


10-04-2023, 17:02. Yazar: Admin

 

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib

Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film çəkilib.

 

Qarabaqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

 

"Bu gün Heydər Əliyev haqqında çəkilmiş "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla "Qazaxıstan" Teleradio Korporasiyası tərəfindən çəkilib", - Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı deyib.

 

Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun qazax xalqının adından Azərbaycana hədiyyə olduğunu bildirib.

 

"Mənə məlumat verildi ki, bu mərkəzin tikintisi kifayət qədər sürətlə aparılır. Düşünürəm ki, çox yaxın zamanda bu mühüm obyektin istifadəyə verilməsinin şahidi olacağıq. Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ümumi mənəvi dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Tokayev əlavə edib.


Geri dön