Qarabaqinfo.az xəbər verir ki, Astanada bu barədə sənəd imzalanıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev Ali Dövlətlərarası Şuranın yaradılması haqqında birgə bəyanat və protokol imzalayıblar.
"Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək", - deyə Tokayev bildirib.