Ana Sayfa > Karusel / Region > Türkiyədə 2 transgender qadın deputatlığa namizəd oldu
Türkiyədə 2 transgender qadın deputatlığa namizəd oldu10-04-2023, 12:03. Yazar: Admin |
Türkiyədə 14 mayda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlər arasında LGBTİ+ icmasının nümayəndələri də var. Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 transgender qadın deputatlığa namizəd olub. Onlardan biri LGBTİ+ aktivisti, aktrisa Esmeray Özadıktıdır. O, Türkiyə Fəhlə Partiyasının (TİP) proporsional siyahısından İstanbul II seçki dairəsindən 3-cü sıradan namizəd göstərilib. Digər transgender namizəd isə LGBTİ+ aktivisti Niler Albayrakdır. O da TİP siyahısından seçkilərə qatılıb.
Bu partiyanın siyahısından həmçinin Vəkillər Kollegiyasının İzmir bürosunun vəkili, LGBTİ+ icmasının hüquqları üzrə komissiyanın üzvü, hüquqşünas Sena Yazıbağlının da namizədliyi irəli sürülüb.
Ümumilikdə TİP ölkə üzrə 87 seçki dairəsindən 53-də proporsional siyahı ilə seçkilərdə iştirak edəcək.
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda keçiriləcək. TİP seçkilərə "Əmək və Azadlıq İttifaqı"nın üzvü kimi girir. Bu ittifaq prezidentliyə namizəd çıxarmayıb.(Modern.az) Geri dön |