Ana Sayfa > Karusel / Qarabağ > Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılıb?
Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılıb?10-04-2023, 11:58. Yazar: Admin |
Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında məlumat yayılıb.
Qeyd edək ki, nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələ Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti, ABŞ dövlət katibi və Ermənistanın baş naziri arasında keçirilən görüş zamanı müzakirə edilib. Prezident İlham Əliyev tərəfindən Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklif edilib. Rəsmi Bakı bəyan edib ki, beynəlxalq tərəfdaşlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar.
Xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib. Nazir əlavə edib ki, bu açıqlama bir daha göstərir ki, Ermənistan tərəfi üçtərəfli bəyanat üzrə öhdəliyini yerinə yetirməkdə maraqlı deyil.
Əvvələr qanunsuz erməni silahlı dəstələri Laçın yolundan istifadə edərək Ermənistandan qanunsuz hərbi daşımalar həyata keçirib. Ekspertlər qeyd edir ki, Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin quraşdırılması ermənilərin bu yoldan qanunsuz istifadəsinin qarşısını ala bilər.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması barədə hələlik rəsmi məlumat yoxdur, bu xəbər erməni mediasında yayılıb, ancaq görünür, artıq nəzarət-buraxılış məntəqəsi quraşdırılıb.
Ekspert xatırladıb ki, Azərbaycan tərəfi bununla bağlı öz təkliflərini irəli sürüb: Geri dön |