Ana Sayfa > Karusel / Siyasət > ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək


10-04-2023, 11:01. Yazar: Admin

Bujar Osmani

 

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti məlumat verib.

Bujar Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün 10-13 aprel tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

O, parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər tərəfdaşlarla da görüşlər keçirəcək.

Səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.


Geri dön