Ana Sayfa > Karusel / Region > Ruslar Baxmutun mərkəzini ələ keçirdi

Ruslar Baxmutun mərkəzini ələ keçirdi


8-04-2023, 12:26. Yazar: Admin

Ruslar Baxmutun mərkəzini ələ keçirdi

 

"Vaqner" döyüşçüləri Ukraynanın Baxmut şəhərinin mərkəzinə daxil olaraq, yerli hərbi prokurorluğun binasını ələ keçiriblər.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri Ukrayna müharibəsi ilə bağlı son hesabatda bildiriblər.

 

Hesabatda Rusiya hərbçilərinin Konstantinovka-Çasov Yar-Baxmut magistralının cənubuna doğru irəlilədiyi qeyd olunub.

 

Rusiyalı hərbi jurnalistlər "vaqner"çilərin Baxmutun mərkəzində bir neçə binanı, o cümlədən "Metallurq" stadionunu, Baxmut otelini və Bütün Müqəddəslər Kilsəsini ələ keçirdiyini iddia edir, lakin bu barədə rəsmi açıqlama verilməyib.(Modern.az)


Geri dön