Ana Sayfa > Karusel / Cəmiyyət > Fazil fazil-mustafa-hucumdan-sonra-ilk-paylasimini-etdihücumdan sonra ilk paylaşımını etdi
Fazil fazil-mustafa-hucumdan-sonra-ilk-paylasimini-etdihücumdan sonra ilk paylaşımını etdi8-04-2023, 10:26. Yazar: Admin |
Bir müddət əvvəl silahlı hücuma məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabından paylaşım edib. “Qafqazinfo”nun məlumatına görə, paylaşımda deyilir: “Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığa doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun". Qeyd edək ki, deputat Fazil Mustafa martın 28-də saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Deputata qarşı törədilmiş silahlı hücuma görə, Səricanov Azər Kamran oğlu, Şirinov Səbuhi Vəliyəddin oğlu, Əsgərov Elşad Tofiq oğlu, Əliyarov Emin Rafiq oğlu, İlkin Süleymanov saxlanılıblar.
Geri dön |