Ana Sayfa > Karusel / İnfrastruktur > “Azneft” dairəsinin bağlanmasına görə avtobusların qrafiki dəyişir

“Azneft” dairəsinin bağlanmasına görə avtobusların qrafiki dəyişir


7-04-2023, 12:26. Yazar: Admin

Bakıda “Azneft” dairəsinin bağlanmasına görə avtobusların hərəkət qrafiki dəyişəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qeyd olunub ki, paytaxtın “Azneft” dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq.

Bu səbəbdən “Azneft” dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil ediləcək.


Geri dön