Ana Sayfa > Karusel / Siyasət > İranın Bakıdakı səfirliyi bağlansın - Deputat

İranın Bakıdakı səfirliyi bağlansın - Deputat


7-04-2023, 12:07. Yazar: Admin

İranın Bakıdakı səfirliyi bağlansın - Deputat

“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına eriraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir”. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Tehrandakı səfirliyimiziə xain hücum, İran rəsmlərininin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars- molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyildir. İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir. Görəsən İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı. Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə "non grata" (“arzuolunmaz şəxs”) elan edilmişdir. Mən hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır. Hesab edirəm ki, terrorçu- təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılamalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik hüquqi suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı, nə əmmaməsi üçün deyildir”.(modern.az) 


Geri dön