Ana Sayfa > Karusel / İqtisadiyyat > Dünya Bankı: Bu il Azərbaycanda inflyasiya birrəqəmli olacaq
Dünya Bankı: Bu il Azərbaycanda inflyasiya birrəqəmli olacaq6-04-2023, 17:36. Yazar: Admin |
Dünya Bankı (DB) 2023-2025-ci illər üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib. Qqarabaginfo.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. DB Azərbaycanda inflyasının 2022-ci ildəki 13,5%-dən 2023-cü ildə 8,5%-ə qədər azalacağını proqnozlaşdırıb. Bu isə Azərbaycan Mərkəzi Bankının gözləntilərinə yaxındır. Belə ki, AMB-nin bu il üzrə inflyasiya proqnozu 8%-dir. Dünya Bankı həmçinin, 2024 və 2025-ci illərdə də Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. 2024-cü ildə bu rəqəm 6,2%, 2025-ci ildə isə 5,4% təşkil edəcək. Geri dön |