Ana Sayfa > Karusel / Siyasət > Daha iki partiya maliyyə hesabatı verdi – Sıfır manat…

Daha iki partiya maliyyə hesabatı verdi – Sıfır manat…


6-04-2023, 15:29. Yazar: Admin

 

Daha iki partiya maliyyə hesabatı verdi – Sıfır manat…

 

Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı verən partiyaların sayı 39-a çatıb.

 

Qarabaqinfo.az-ın məlumatına görə, daha iki siyasi partiya maliyyə hesabatını təqdim edib.

 

Ağasif Şakiroğlunun rəhbərlik etdiyi Gələcək Azərbaycan Partiyası (GAP) və artıq fəaliyyətinə son verən Azərbaycan Naminə Alyans Partiyası (ANAP) MSK-yə ötən ilin hesabatını göndərib. Hər iki partiyanın hesabatında heç bir gəlir və xərclərin olmadığı qeyd edilib.

 

2022-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:

 

1. Yeni Azərbaycan Partiyası
2. Müstəqil Xalq Partiyası
3. Azərbaycan Təkamül Partiyası
4. “Milli Vəhdət” Partiyası
5. Vətəndaş Həmrəyliyi Partiyası
6. Demokratik İslahatlar Partiyası
7. Azərbaycan Demokratik Maarifçilik Partiyası
8. Böyük Quruluş Partiyası
9. Cümhuriyyət Xalq Partiyası 
10. Klassik Xalq Cəbhəsi Partiyası
11. “Ana Vətən” Partiyası 
12. Azərbaycan Liberal Demokrat Partiyası 
13. Azərbaycan Xalq Partiyası
14. “Qorqud” Partiyası
15. “Ədalət” Partiyası
16. Müsavat Partiyası
17. Milli Cəbhə Partiyası
18. Vətəndaş və İnkişaf Partiyası 
19. "Yeni Yol" Partiyası
20. Milli Dirçəliş Hərəkatı Partiyası 
21. Yeni Zaman Partiyası 
22. Müasir Musavat Partiyası
23. Milli Həmrəylik Partiyası
24. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
25. Azərbaycan Milli İstiqlal Partiyası
26. “Birlik” Partiyası
27. Azərbaycan Demokrat Partiyası
28. Azərbaycan Ümid Partiyası
29. Ağ Partiyası
30. Azad Vətən Partiyası
31. Vəhdət Partiyası
32. Böyük Azərbaycan Partiyası
33. Azərbaycan Sosial Demokrat Partiyası
34. Azərbaycan Sosial Rifah Partiyası
35. Respublikaçı Alternativ (REAL) Partiyası
36. Azərbaycan Xalq Cəbhəsi Partiyası
37. Vətəndaş Birliyi Partiyası
38. Gələcək Azərbaycan Partiyası (GAP)
39. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

 

Ümumilikdə Azərbaycanda ötən il dövlət qeydiyyatına alınmış 59 siyasi partiya olub ki, onlardan 39-u bu günədək MSK-ya maliyyə hesabatı verib. 

 

Xatırladaq ki, Azərbaycandakı siyasi partiyalardan 8-i bu il fəaliyyətini dayandırmaq qərarına gəlib. Onu da bildirək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər. 


Geri dön