Ana Sayfa > Karusel / Hadisə > Goranboyda hərbçilər qəzaya düşdülər

Goranboyda hərbçilər qəzaya düşdülər


6-04-2023, 14:33. Yazar: Admin

 

Goranboyda hərbçilər qəzaya düşdülər

Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaqinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xan Qərvənd kəndi yaxınlığında “VAZ” markalı avtomobil aşıb. Nəticədə 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov, 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov və daha bir nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb.

 

Hadisədə yaralanan şəxslərdən 4-nün hərbçi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Geri dön