Ana Sayfa > Karusel / Region > Rüstəm Muradovun işdən çıxarılmasının səbəbi MƏLUM OLDU

Rüstəm Muradovun işdən çıxarılmasının səbəbi MƏLUM OLDU


6-04-2023, 13:09. Yazar: Admin

Rüstəm Muradovun işdən çıxarılmasının səbəbi MƏLUM OLDU

 

Böyük Britaniya kəşfiyyatı Ukraynadakı uğursuz əməliyyatlara görə Rusiya ordusunda yeni istefaların olacağını proqnozlaşdırır.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə kəşfiyyatın sutkalıq informasiya bülletenində məlumat verilib.

 

Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi, çox güman ki, cəbhədəki uğursuzluqlara görə general-polkovnik Rüstəm Muradovu (Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sabiq komandanı - red.) Ukraynadakı qoşunların komandiri vəzifəsindən azad edib.

 

"İndi o, 2023-cü ildə işdən çıxarılan ən yüksək rütbəli Rusiya hərbçisidir, lakin Rusiya hələ də Donetsk bölgəsində öz məqsədlərinə nail ola bilməyəcəyi üçün belə hallar daha çox olacaq", - deyə bildirilib.


Geri dön