Ana Sayfa > Karusel > Finlandiya baş naziri hökumətin istefasını prezidentə təqdim etdi
Finlandiya baş naziri hökumətin istefasını prezidentə təqdim etdi6-04-2023, 11:43. Yazar: Admin |
Finlandiyanın baş naziri Sanna Marin hökumətin istefasını prezidenti Sauli Niinistöyə təqdim edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin "Yle" teleradio şirkəti məlumat yayıb.
Marin hökuməti parlament seçkilərində baş nazirin rəhbərlik etdiyi partiyanın məğlub olmasından sonra istefaya gedir. Yeni kabinet təyin olunana qədər müvəqqəti hökumətin texniki vəzifələrini yerinə yetiriləcək.
Seçkilərdə qalib gələn mühafizəkar Milli Koalisiya Partiyasının rəhbərliyi ilə gələn həftə yeni hökumətin qurulmasına başlanacaq. Geri dön |