Ana Sayfa > Karusel > Qanunsuz yolla Gürcüstana keçmək istəyən əcnəbilər saxlanıldı

Qanunsuz yolla Gürcüstana keçmək istəyən əcnəbilər saxlanıldı


6-04-2023, 10:54. Yazar: Admin

Qanunsuz yolla Gürcüstana keçmək istəyən əcnəbilər saxlanıldı

 

Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb.

 

Bu barədə Qarabaginfo.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, aprelin 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Geri dön