Ana Sayfa > Karusel / Region > Turqut Özalın oğlu Kılıçdaroğlunu dəstəklədi

Turqut Özalın oğlu Kılıçdaroğlunu dəstəklədi


6-04-2023, 10:16. Yazar: Admin

Turqut Özalın oğlu Kılıçdaroğlunu dəstəklədi

Türkiyənin sabiq prezidenti Turqut Özalın oğlu Ahmet Özal "Millət İttifaqı"nın prezidentliyə namizədi Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edib. 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, dünən axşam radələrində Kılıçdaroğlu ilə görüşüb. 

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri ilə görüşdə Özalın oğlu onun prezidentliyə namizədliyini dəstəkləyəcəyini açıqlayıb. A.Özal həmçinin parlament seçkilərində də "Millət İttifaqı"na dəstək nümayiş etdirəcəyini bildirib.

Qeyd edək ki, A.Özal bir neçə xırda partiyanın birləşdiyi "Türkiyə İttifaqı" tərəfindən bu seçkilərdə prezidentliyə namizəd göstərilmişdi. Lakin o, lazım olan 100 min imzanı toplaya bilmədiyi üçün namizədliyi qeydə alınmadı.(Modern.az) 


Geri dön