Ötən həftə Qırğızıstanın 136 vətəndaşı Rusiyadan deportasiya edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Qırğızıstanın Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyinin Rusiyadakı nümayəndəliyinin rəhbəri Kubandyk Akmatbekov məlumat verib.
Onun sözlərinə görə, daha 100-ə yaxın qırğızıstanlı Saxarova müvəqqəti saxlama məntəqəsində eyni əsaslarla saxlanılır.
“Orada həmişə 100-ə yaxın qırğızıstanlı olur var. Bəzən az, bəzən daha çox. Planlaşdırılandan sonra qısa müddət ərzində 136 nəfər ölkədən çıxarıldı. Bu normal bir prosesdir. Hazırda orada daha yüzə yaxın qırğızıstanlı var”, – Nazirliyin nümayəndəsi bildirib.
Akmatbekov əlavə edib ki, qırğız miqrantlar arasında altı ay və ya bir il Rusiyada sənədsiz və qeydiyyatsız qalanlar var.
Sosial şəbəkələrdə cəmi bir həftə ərzində azı 140 nəfərin Rusiyadan deportasiya edildiyi, 60 vətəndaşın isə Moskvada kafedə iftar edərkən saxlandığı bildirilir. Akmatbekov bu barədə məlumatlı olduğunu qeyd edib və əlavə edib ki, Qırğızıstanın Moskvadakı səfirliyi ilə birgə saxlanılanların sayı müəyyənləşdirilir.(azpost.info)