Ana Sayfa > Karusel / Region > Sabah hayklar Ermənistandan Qarabağa avto-yürüş etməyə hazırlaşır...-VİDEO

Sabah hayklar Ermənistandan Qarabağa avto-yürüş etməyə hazırlaşır...-VİDEO


5-04-2023, 16:13. Yazar: Admin
Sabah hayklar Ermənistandan Qarabağa avto-yürüş etməyə hazırlaşır...-VİDEO
Dünən- aprelin 4-də Ermənistan parlamenti önündə Qarabağdakı separatçılara dəstək mitinqində “Birgə” alternativ ictimai-siyasi hərəkatının üzvü, Demokrat partiyasının sədri Aram Sarkisyan aprelin 6-da  avtomobil karvanıyla Qarabağa yollanacaqlarını bəyan edib.
Qarabaginfo.az xəbər verir ki,  bu haqda "Armenia today" nəşri məlumat yayıb.
 
“Maşınları ilə bizə qoşula bilənlərin hamısı cümə axşamı saat 11:00-da Qaregin Njdenin heykəlinin yanına gələ bilər. Biz 120 min soydaşımıza sübut etməliyik ki, onlar sahibsiz deyillər. Əgər bugünkü hakimiyyət xalqımızın o hissəsini qoruya bilmirsə, biz bunu etməliyik. Nikol deyir kİ, aprelin 1-dən alternativ yol açıqdır - gedək görək necə açıqdır”, - Sarkisyan belə deyib.
 
O, aprelin 11-də İrəvanın Azadlıq meydanında mitinq keçirəcəkləri barədə də məlumat verib.
 
Xatırladılır ki,  “Birgə” alternativ ictimai-siyasi hərəkatı parlament qarşısındakı aksiyanın sonunda  Milli Assambleyaya  qondarma "Artsax"ın "müstəqilliyi"nin tanınması tələbini təqdim edib.(Moderator.az)

Geri dön