Ana Sayfa > Karusel / Region > Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin müzakirəsinə hazırlaşır- “Politico”

Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin müzakirəsinə hazırlaşır- “Politico”


5-04-2023, 14:05. Yazar: Admin

Avropa İttifaqı ölkələri aprelin 9-da keçiriləcək Pasxa bayramından sonra Rusiyaya qarşı sanksiyaların 11-ci paketini müzakirə etməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Politico” üç avropalı diplomata istinadən məlumat yayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl bildirmişdi ki, 11-ci sanksiyalar paketi mövcud məhdudiyyətlərdən yayınma ilə mübarizəyə yönəldiləcək. O da yeni sanksiyalar paketinin tətbiqinin vaxtını açıqlamamışdı.


Geri dön