Ana Sayfa > Karusel / İqtisadiyyat > Ticarət katibinin köməkçisi: ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir

Ticarət katibinin köməkçisi: ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir


4-04-2023, 16:33. Yazar: Admin

Ticarət katibinin köməkçisi: ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir

“ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞı Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib.

“ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”, - o deyib.

Amerikalı rəsmi ölkəsinin özəl şirkətlərin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyib. O qeyd edib ki, ölkəsi ABŞ şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir.


Geri dön