Ana Sayfa > Karusel / Kriminal > Evdə “Kalaşnikov” gizlədən şəxs tutuldu - VİDEO

Evdə “Kalaşnikov” gizlədən şəxs tutuldu - VİDEO


4-04-2023, 15:54. Yazar: Admin

 

Evdə “Kalaşnikov” gizlədən şəxs tutuldu - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

DIN-in mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.


Geri dön