Ana Sayfa > Karusel / Region > “Qərb Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa inandırmağa çalışır”- NARIŞKİN

“Qərb Gürcüstanı Rusiyaya qarşı “ikinci cəbhə” açmağa inandırmağa çalışır”- NARIŞKİN


4-04-2023, 14:14. Yazar: Admin

“Qərb ölkələri Tbilisini Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmağa çalışır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, Qərb Gürcüstana Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqam olduğunun mesajını verir.

“Biz Vaşinqtonun, Brüsselin, Londonun Gürcüstan rəhbərliyini qondarma ikinci cəbhənin açılmasının zəruriliyinə inandırmaq üçün israrlı cəhdlərini görürük. Onlar görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil”, – Narışkin bildirib.(Azpost.info)


Geri dön