Ana Sayfa > Karusel / Region > Ukraynanın əks-hücumu 1 aya baş tutmalıdır - Nüfuzlu nəşr detalları açıqladı

Ukraynanın əks-hücumu 1 aya baş tutmalıdır - Nüfuzlu nəşr detalları açıqladı


4-04-2023, 11:07. Yazar: Admin

Ukraynanın əks-hücumu 1 aya baş tutmalıdır - Nüfuzlu nəşr detalları açıqladı

 

Ukrayna həlledici yaz əks-hücumuna hazırdır. Lakin silah çatışmazlığı, itkilər və müharibədən yorulmuş qoşunların motivasiyasını saxlamaq ağır sınaq olacaq. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.

 

Qəzetə görə, Ukraynanın əks-hücum əməliyyatı yaxın 1 ay ərzində baş tutacaq. ABŞ-ın hərbi yardım büdcəsinin təqribən sentyabr ayına qədər tükənəcəyi gözlənilir və vaxt çox vacibdir. ABŞ-dan maliyyələşməni davam etdirmək üçün Ukrayna qarşıdan gələn hücum zamanı əhəmiyyətli ərazilər almalıdır.

 

Silahların sayının Rusiya istehkamlarını və minalanmış əraziləri yarıb keçmək üçün kifayət edib-etmədiyi hələ də qeyri-müəyyən olaraq qalır. Hərbi analitiklərin fikrincə, əks-hücum əməliyyatının bir hissəsi olaraq Ukrayna çox güman ki, cəbhə xəttinin dar hissəsini ağır artilleriya atəşinə tutacaq, bunun ardınca istehkamçılar və tank hücumları olacaq. Hücumun gözlənilən dərinliyi 80 kilometrdir. Təklif olunan istiqamət Krıma quru dəhlizinin kəsilməsi üçün Azov dənizinə çıxışı olan Melitopoldur ki, bu da Rusiyanın əlində olan ərazini iki zonaya böləcək və təchizat xətləri kəsiləcək. Bu istiqamətdə Rusiya qüvvələri istehkamlar tikirlər.

 

"New York Times" nəşri yazır ki, digər problem Ukrayna hərbçilərinin mənəvi-psixoloji durumudur: "Onu saxlamaq getdikcə çətin bir işə çevrilir. Baxmut yaxınlığındakı mövqelərdə olan və ya qısa müddət üçün oranı tərk edən əsgərlər zorakılıq və ölümlə bağlı həyəcanlarını ifadə edirlər".(Modern.az)


Geri dön